AZ

Bakıda narkokuryerlərdən 17 kq marixuana aşkarlandı

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Növbəti tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Seçilən
21
25
publika.az

10Mənbələr