AZ

Həb qəbul edərkən bədən mövqeyinizi dəyişdirməlisiniz? Maraqlı araşdırma

Bədən mövqeyiniz bir həbin nə qədər tez udulmasına təsir edə bilər.

E-saglam.az xəbər verir ki, araşdırmalar sübüt edib ki, həb qəbul edərkən sağ tərəfdə uzanmaq onun mədədə daha tez həll olunmasına kömək edə bilər. Bununla belə, əksər həblər bağırsaqda sərbəst buraxılmaq üçün nəzərdə tutulub, buna görə də mədədə daha tez udulması vacib deyil.

Johns Hopkins Universitetinin tədqiqatçıları StomachSim adlı kompüter modeli ilə dörd bədən mövqeyini sınayıb: dik oturmaq, arxada uzanmaq, sağ tərəfdə uzanmaq və sol tərəfdə uzanmaq. Nəticələr göstərib ki:

Sağ tərəfdə uzanmaq: həblər dik oturmaqla müqayisədə iki dəfə daha tez həll olunur.

Sol tərəfdə uzanmaq: həblərin həllini beş dəfəyə qədər yavaşladır.

Araşdırmaya görə, bədən mövqeyinin təsiri cazibə qüvvəsi və mədənin qeyri-bərabər forması ilə izah olunur. Həblər cazibə istiqamətinə doğru hərəkət edir, buna görə də uzanma və ya əyilmək həbin mədədə harada yerləşməsinə təsir göstərir.

Tədqiqatçılar həmçinin qastroparezi (mədənin yavaş boşalması) vəziyyətini modelləşdirərək, duruşun həblərin həllinə təsirinin qastroparezi ilə müqayisə oluna biləcəyini müəyyən ediblər.

Temple Universitetinin eksperti Jason Gallagher bildirir ki, əksər həblər mədə kapsulunun tərkibini bağırsaqda sərbəst buraxmaq üçün dizayn olunub, buna görə bədən mövqeyini dəyişmək zəruri deyil. Həblər əvvəlcə mədədə maye halına gəlir və sonra incə bağırsaqda udulur, buna görə də dərmanın təsiri əsasən dəyişmir.

 Sağ tərəfdə uzanmaq həblərin həllini sürətləndirə bilər, lakin əksər dərmanlar artıq bağırsaqda udulmaq üçün nəzərdə tutulduğundan, bədən mövqeyini dəyişmək lazım deyil.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr