AZ

Pakistanda hərbi konvoya hücum nəticəsində 12 nəfər ölüb

Pakistanın şimal-qərbində "Təhriki Talibani Pakistan" (Pakistan Talibanı Hərəkatı) qruplaşmasının silahlılarının qurduğu pusquda azı 12 pakistanlı təhlükəsizlik əməkdaşı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV yerli hökumət və təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

"Hərbi konvoya səhər saat 04:00 radələrində Yuxarı Cənubi Vəziristanın Fakir Saray bölgəsində hücum edilib. Naməlum şəxslər ağır silahlardan istifadə etməklə hər iki tərəfdən atəş açıb, nəticədə 12 təhlükəsizlik əməkdaşı həlak olub", - yerli hökumət rəsmisi bildirib.

Hadisə yerində olan təhlükəsizlik rəsmisi ölənlərin sayını təsdiqləyib və hücum edənlərin konvoyun silahlarını ələ keçirdiklərini bildirib.

Seçilən
15
5
bakivaxti.az

6Mənbələr