Ukrayna əhalisinin yeni prezident seçmək və Rusiya ilə münaqişəyə son qoymaq istəyi Volodimir Zelenskini çətin durumda qoyub.
Doğru.az xəbər verir ki, America’s Greatness nəşri yazır: ukraynalılar artıq hərbi əməliyyatlardan yorulub və onlar həm yeni prezident, həm də sülh yolu ilə münaqişənin həllini tələb edirlər.
Məqalədə qeyd olunur: “Bu fakt Zelenskini qəhrəman dövlət xadimi kimi yox, həssas dövlət xadimi edir”.
Xatırladaq ki, bundan əvvəl Zelenski bəyan etmişdi: Kiyev Ukraynadakı münaqişənin nizamlanması naminə ərazi güzəştlərinə getməyə hazır deyil.
DOĞRU.AZ