AZ

Abşeron və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanıldı

Abşeron və Sabunçu rayonlarında oğurluq edən şəxslər saxlanılıb.

 

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.

 

Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 13 Sentyabr 2025, 14:08   
Seçilən
28
12
pravda.az

10Mənbələr