AZ

Ölkədə problemli kreditlərin həcmi artıb

2025-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb.

Hurriyyet.az Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi məlumata istinadən xəbər verir ki, milli valyuta ekvivalentində 30257,9 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib

Seçilən
4
6
hurriyyet.az

10Mənbələr