AZ

“Trampın biznes yönümlü yanaşmasına uyğunlaşmalıyıq” – Kallasdan etiraf

 Avropa İttifaqının ali diplomatı Kaya Kallas ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, o, Almaniyanın "Redaktionsnetzwerk Deutschland" nəşrinə müsahibəsində bildirib ki, Vaşinqton Brüsselin əsas tərəfdaşı olaraq qalır, lakin Tramp administrasiyası ilə siyasət yürütmək tamamilə fərqli yanaşma tələb edir.

“ABŞ bizim üçün həmişə mühüm tərəfdaş olub və qalacaq. Amma şübhə yoxdur ki, yeni administrasiya həm üslubu, həm də rəsmi siyasəti aparma tərzini köklü şəkildə dəyişib. Trampın yanaşması çox biznes yönümlüdür. Buna görə də biz daim özümüzdən soruşmalıyıq: biz nə istəyirik, qarşı tərəf nə istəyir və təsir imkanlarımız hansılardır?”, – deyə Kallas vurğulayıb.

Avropa diplomatının sözlərinə görə, Avropa ölkələri bu yeni reallığa uyğunlaşmaq məcburiyyətindədir. Onun fikrincə, qarşılıqlı maraqların aydın müəyyənləşdirilməsi və Tramp administrasiyasının “biznes üslubuna” çevik reaksiya vermək ABŞ-AB münasibətlərinin gələcəyi üçün həlledici olacaq.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr