AZ

Trampla Putinin bu tarixdə yenidən bir araya gəlməsi gözlənilir

ABŞ prezidenti Dpnald Tramp oktyabrda Malayziyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

Paralel.az xəbər verir ki, bu barədə “News Straist Times” yazır.

Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, Tramp, Putin və Çin Baş naziri Li Qianq bu il Kuala-Lumpurda keçiriləcək 47-ci ASEAN sammitində iştirak edəcək.

"Biz şanslıyıq. Tarif məsələsinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp mənə zəng edərək ASEAN toplantısına təsadüf etmək üçün gələn ay Malayziyaya səfər edəcəyini söylədi. Baş nazir Li Qianq da orada olacaq", - Ənvər deyib.

Ənvər Pekinə səfəri zamanı Malayziyaya gəlmək imkanını ciddi şəkildə düşünən Putinlə görüşüb.

İllik ASEAN sammiti 10 Cənub-Şərqi Asiya ölkəsinin liderlərini və onların tərəfdaşlarını təhlükəsizlik, iqtisadiyyat, ticarət və qlobal çağırışları müzakirə etmək üçün bir araya gətirir.

Aparıcı dünya liderlərinin iştirakı ənənəvi olaraq forumun beynəlxalq təsirini artırır.

Mürtəza

Seçilən
28
4
paralel.az

5Mənbələr