AZ

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 17 kiloqram marixuana aşkarlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə gətirilərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.
Tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı, 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Seçilən
30
25
oxu.az

10Mənbələr