AZ

Samara hava limanı reysləri BƏRPA ETDİ

Samara hava limanı yenidən reysləri qəbul etməyə və yola salmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Mülki Aviasiya Agentliyinin (Rosaviatsiya) mətbuat katibi Artyom Korenyako məlumat verib.

Onun sözlərinə görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Korenyako özünün Telegram kanalında əlavə edib ki, məhdudiyyətlər qüvvədə olduğu dövrdə bir təyyarə ehtiyat hava limanına yönəldilib.

Qeyd edək ki, daha əvvəl Rosaviatsiyanın nümayəndəsi İjevsk hava limanında təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq olunduğunu bildirmişdi.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr