AZ

MKE şirkəti Monqolustanda patron istehsal xətti qurub

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti əsrlərə dayanan təcrübəsini və inkişaf etmiş istehsal imkanlarını müttəfiq ölkələrə ötürmək məqsədilə bir çox təşəbbüslərə imza atır.

MKE-dən “Poliqon”a bildirilib ki, bu çərçivədə Monqolustanda yerləşən “Defence Industrial Corporation” (DIC) şirkəti ilə imzalanmış müqavilə əsasında qurulmasına başlanan patron istehsal xətti layihəsi uğurla həyata keçirilib.

Qeyd olunub ki, istehsal xəttindəki avadanlıqların quraşdırılması, işə salınması, performans sınaqları və pilot partiyanın istehsalı icra edilərək qəbul prosedurları tamamlanıb.

Bu müəssisədə 9×18 mm, 7.62×54 mm və 7.62×39 mm kalibrli patronların istehsalı həyata keçiriləcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Mogolistan

Mogolistan

Mogolistan

Seçilən
15
1
poliqon.az

2Mənbələr