AZ

Nyu-York meri postuna namizəd Netanyahuya qarşı sərt mesaj verdi: “Gələrsə, həbs olunacaq”

Nyu-York meri vəzifəsinə namizəd, tanınmış siyasətçi Zokhran Mamdani seçkiqabağı çıxışında diqqətçəkən bəyanat verib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, əgər seçkidə qalib gələrsə, İsrailin baş naziri Binyamin Netanyahunun şəhərə gəlişi zamanı polisə onu həbs etmək əmri verəcək.

Mamdani çıxışında İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatları “müharibə cinayətləri” adlandıraraq, ABŞ rəhbərliyini də günahlandırıb. Onun sözlərinə görə, Qəzzada minlərlə uşaq və dinc sakin həyatını itirərkən, beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyan liderlər sərbəst şəkildə dolaşa bilməməlidir.

Nyu-York meri postuna namizədin sözləri ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Qəzzada atəşkəs tələb edən müxtəlif insan haqları təşkilatları Mamdaninin mövqeyini dəstəkləyib.

Xatırladaq ki, Mamdani daha əvvəl də Ağ Ev qarşısında etirazlarda iştirak edərək prezident Co Baydeni Fələstin xalqının məhv edilməsində iştirakda ittiham etmişdi.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr