AZ

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb.” — SENSASİON MÜSAHİBƏ

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı, Parlamentin “Hüquq siyasəti və dövlət quruculuğu” Komitəsinin sədr müavini Elşən Musayevin Demokrat.az-a müsahibəsi.

Elşən müəllim, son günlər beynəlxalq gündəm olduqca “zəngin”dir: Rusiyanın Polşaya dron hücumu, “NATO”nun səssizliyi, Amerikada siyasətçi qətli və sair, ilaxır. Nə baş verir?

Əslində gözlənilməyən, ehtimal edilməyən nəsə baş verməyib. Bircə haqqında danışdığınız qətl istisnası ilə. Daha dəqiq desəm: adamı niyə vurdular, Amerikada xüsusi siyasi həssaslığın olmadığı məqamda həmin sui-qəsd kimin nəyinə lazım idi –  orasını təxminləmək həqiqətən çətindir.

Rusiyanın dron hücumuna və NATO-nun həmin icraata səssiz qalmasına gəlincə isə...az  öncə söylədiyim fikri bir daha təkrarlayım: Ortalıqda şokedici, heyrətamiz nəsə yoxdur.  Niyə? Çünki, əvvəla, bu Rusiyadır.  Ondan nə desən gözləmək mümkündür. Fəqət, NATO...(bir xeyli pauza verir) Nə bilim, indi hamı onları ittiham edir və mən də açığı, həmin sıraya qoşulmaq istəmirəm. Eyni zamanda şəxsi qənaətim belədir ki, dünyanın 1 nömrəli hərbiləşmiş qurumu ixtiyari  provokasiya üzərindən məsələyə dərhal müdaxilə edə, faktiki 3-cü dünya müharibəsini başlada bilməzdi. Bu səbəbdən də bir az daha gözləməyi, səbr etməyi üstün tutdu və məncə düz elədi. Hər halda bənzər qərarlar vermək son dərəcə böyük məsuliyyət tələb edir və razılaşın ki, Avropanın, Qərbin, bütünlükdə dünyanın Rusiyadan fərqli olaraq itirə biləcəyi çox şeyi var. İmici, etibarı, nüfuzu....Ayrıca, o da gün kimi aydındır ki, Rusiya öz dronlarını NATO məkanına təsadüfən göndərməyib. Bu, açıq provokasiya idi və bəlkə də NATO dərhal, adekvat reaksiya göstərsəydi, hazırda saman çöpündən asılı qalan Rusiyanın  əlinə kart vermiş olardı.

“Saman çöpü” deyirsiz. Amma hər yerə də, hər şeyə də müdaxilə etməyə çalışırlar...

Müdaxilə etmək istəyi başqa, müdaxilə etmək bacarığı başqa. Bu anlayışlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. (gülür)

Yəni, Zəngəzur dəhlizi də daxil, bir çox mövzularla bağlı təxribatçı rus analitiklərinin, siyasətçilərinin hədələri, şantajları inandırıcı deyil...

Mənim inandığım tək şey Prezidentimin gücü və iradəsidir. O, bir işə əl qoyubsa, mütləq sona çatdıracaq. Həm də ən mükəmməl şəkildə! Zəngəzur dəhlizi də çox tezliklə açılacaq, sülh müqaviləsi də yaxın zamanlarda imzalanacaq. Buna kimsə şübhə etməsin.

“ŞƏT”-dəki Hindistan məsələsi nə idi, bəs? Daha doğrusu, Hindistanın müdaxiləsi? Az qala rəsmi şəkildə bəyan olundu ki, onlara da “tövsiyyəni” Rusiya verib.

Gəlin, Rusiyanın gücünü bu qədər əlahiddələşdirməyək. Çünki, Hindistanın onsuzda bizimlə problemi vardl. Pakistanla olan yaxın münasibətlərimizdən dolayı. Sadəcə mümkündür ki, bir az da Rusiya prosesə kənardan təkan verib və belə bir nəticə hasil olub.

Rusiya ilə bağlı son sualı verim: Azərbaycanda bu dövlətin agentləri həqiqətən varmı? Varsa, onların sayı sizcə nə qədərdir?

Mən siyasətçiyəm, hüquq-mühafizə orqanlarının və ya DTX-nın əməkdaşı deyiləm. Ona görə də bu barədə konkret nəsə deyə bilmərəm. Yəni, ən azından konkret ad çəkə, dəqiq say söyləyə bilmərəm. Amma ümumiləşmiş, oturuşmuş fikrim odur ki, bəli, var, hər zaman olub və gələcəkdə də olacaq. Üstəlik, burada söhbət bir tək Rusiyaya yox, başqa ölkələrə də “işləyən” casuslardan, vətən xainlərindən gedir.

Xaricdə məskunlaşan və dövlətimizə qarşı çamur atmağa çalışanlar necə - konkret olaraq “söyüş müxalifəti”nin üzvlərini nəzərdə tuturam - onlar hansı ölkələrin “kurasiyasındadır?”

Belə binamusları, əclafları kimsə daimi kurasiyaya almaz, götürməz, əzizim. Onlar günəmuzd, birdəfəlik məhsullardır və istifadə tarixləri də yekunlaşan kimi hamısını qulaqlarından tutub kənara atacaqlar.
Deməli,  biz yalnız həmin “istifadə tarixinin” yekunlaşmasını gözləməliyik ki, Tural Sadıqlının, Qabilin, digərlərinin ölkəyə ekstradisiyasını, Bakıdakı məhkəməsini görə bilək?

Xeyr. Bu dediyim maksimum müddətdir. Onlar tezliklə ölkəyə gətiriləcək. Çox tezliklə. Əminəm. Nəzərə alın ki, qüdrətli Azərbaycan dövləti Harutunyan, Vardanyan kimi caniləri ölkəyə gətirib və ədalət mühakiməsinə təslim edib. Sizcə Qabil adında cücəni, Tural Sadıqlı adında yoluq hinduşkanı gətirə bilməyəcəkmi? Əlbət, gətirəcək. Mütləq gətirəcək. Hə, razıyam, indi onları bəsləyənlər, yem verib, ətə-cana gətirmək istəyənlər var. Ki, bu gün- sabah öz məkrli məqsədləri üçün istifadə etsinlər. Amma nə qədər? Hara qədər? İstifadə müddəti bitəndən sonra kimə lazımdır, başıpozuq Qabil? Kimə lazımdır, ağzından şoraba, zir-zibil tökülən Mirzəli, ya da  psixopat Tural? Heç kimə. Ay, Fransa vətəndaşlıq verəcək, filan, feşməkan. Yalandır! Özləri elə “hava” əsdirirlər ki, guya bunlar kiməsə lazımdır. Xeyr! Bitiblər. Tükəniblər. Qurtarıblar. Ona görə də əminliklə deyirəm ki, həmin quldurların əli qandallı Azərbaycana gəlmələrinə, daha dəqiqi, gətirilmələrinə çox az qalıb.

Amma, sanki daxildəki radikalları da aktivləşdirənlər var. Məsələn, Əli Kərimli xarici medialara ard-arda müsahibələr verir, beynəlxalq tədbirlərə dəvətlərdən danışır, siyasətdə yenidən boylanmağa çalışır.   

Əli Kərimli Azərbaycan siyasətində yaramazlığın, təkəbbürün, həyasızlığın zirvə nöqtəsidir. Hər cür naxələf yetişib, amma inanın, beləsini tarix indiyə qədər yetişdirməyib. Və eyniadlı səbəbdən də bu adam daim iyrənc xislətinin, mürtəd xarakterinin girdabında boğulub, çabalayıb, inkişafdan məhrum qalıb. Yəni, ona kimsə kənardan nəsə etməyib, kimsə onun yolunu bağlamayıb. O, nə edibsə özü-özünə edib və hazırki duruma gəlib.

Belədə ki – xarici media deyirsiz -  yazır yazsın da. Kimdir, onu tanıyan, ciddiyə alan? 60 yaşını haqlayıb, 60 qram ağlı yoxdur. Bundan sonramı ağıllanacaq? Yox, təbii. O ki qala, beynəlxalq tədbirə dəvət məsələsinə...məncə, bunun da tam təfsilatını və detallarını öyrənmək, araşdırmaq lazımdır. Niyə belə düşünürəm? Çünki, Kərimli kimi mənasız və dəxilsiz birini hansısa qlobal tədbirə ən yaxşı halda ya zaldakı kondinsionerləri yandırıb-söndürmək üçün çağırarlar, ya da qonaqaların üzünə işıq düşməsin deyə pərdə əvəzinə pəncərə qabağında dayanmaq üçün. Vəssalam. Yəni, Əli Kərimlinin əqli və fiziki resursları bundan artığına yetməz.

Mümkündürmü ki, radikal müxalifətin fəallığı həm də son zamanlar media və sosial şəbəkələrdə sıx-sıx rast gəlinən, müzakirə edilən Referendum ehtimalı ilə bağlı olsun?
(ardı var...)    

Seçilən
38
2
demokrat.az

3Mənbələr