AZ

Rusiyada növbəti “SVO-çu” avtobusu terrora çevirdi — sərxoş “qəhrəman” sərnişinlərə hədə-qorxu gəldi - VİDEO

Rusiyada Ukraynaya qarşı müharibənin iştirakçılarından biri – “SVO-çnik” (xüsusi hərbi əməliyyat iştirakçısı) avtobusa sərxoş halda minib və ictimai nəqliyyatda dava salıb.

Musavat.com xəbər verir ki, güclə ayaqda dayanan bu şəxs sərnişinlərə hədə-qorxu gələrək, onları “evdə oturmaqda və müharibəyə getmək istəməməkdə” ittiham edib.

Lakin dava çox davam etməyib. Avtobusdakı insanlar tezliklə “döyüşçünü” susdurub və sürücüdən onu salondan qovmağı israrla tələb ediblər. Hadisə ictimaiyyətdə geniş qınağa səbəb olub.

Müşahidəçilər bildirirlər ki, bu, təkcə bir sərxoşluq olayı deyil, bütövlükdə Rusiyada SVO iştirakçılarının cəmiyyətə necə təhlükə saçdığını göstərən növbəti nümunədir. Belələri hər yerdə özlərini qəhrəman kimi aparır, amma əslində zorakılıq, oğurluq, dava-dalaş və hətta qətllərlə gündəmə gəlirlər.

Putinin Ukraynaya qarşı başladığı müharibənin “qəhrəmanları” indi Rusiyanın daxilində də vəhşilik saçırlar. Onların törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Ukraynada “xüsusi hərbi əməliyyat” adı altında aparılan işğalçılıq və qətliam, indi Rusiyanın öz küçələrində də sosial fəlakətə çevrilib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr