AZ

“Rusiya raketləri Madrid və Londona çata bilər” – Rutte

NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib ki, Rusiya raketləri Madrid və Londona çata bilər.

Busaat.az xəbər verir ki onun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, söhbət şərq cinahdan gedir:

“Çünki şərq cinahına birbaşa təhlükə var, məsələn, dronlardan və ya şərq cinahdakı müttəfiqlərimizi təhdid edə biləcək başqa bir şeydən. Amma ümumiyyətlə, bilirsiniz ki, mən bütün Şərq cinahının düşüncə tərzini bəyənmirəm, çünki bu, elə təəssürat yaradır ki, Madriddə və ya Londonda yaşasam, Tallinndə yaşamaqdan daha təhlükəsiz olaram. Bu doğru deyil.

Çünki bu yeni rus raketləri buraxılan zaman səs sürətindən beş qat sürətlə enəcək, Madridə və ya Londona çatmaq üçün Tallin və ya Vilnüsə çatmaqdan 5-10 dəqiqə daha çox vaxt lazımdır”.

Yeganə

Seçilən
12
busaat.az

1Mənbələr