AZ

Danilo Dias: “Qarabağ” Portuqaliyada tribunaları susdurmalıdır” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu, uzun illər Portuqaliyada çıxış etmiş Danilo Diasın futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirəcəyi oyun barədə nə düşünürsünüz? Komandanın bu görüşdə xal almaq şansı varmı?

– Məncə, “Qarabağ” “Benfika”ya hörmətlə yanaşmalıdır, amma eyni zamanda topa nəzarəti “Benfika”nın zonasında ələ almalıdır. Həmçinin tribunaları da susdurmalıdır.

– “Qarabağ” Çempionlar Liqası oyunları üçün hücumçu transfer etmədi. Sizcə, bu, onlar üçün problem ola bilərmi?

– Komandada yaxşı futbolçular var. Amma bir-iki oyunçu gətirmək də vacibdir. Çünki ÇL-də oyunların səviyyəsi çox yüksək olacaq.

– Hamı düşünür ki, “Qarabağ”ın rəqibləri bu oyunların hamısında favoritdir. Siz də bu fikirlə razısınız, yoxsa “Qarabağ”dan sürpriz gözləyirsiniz?

– “Qarabağ” bizə yaxşı oyunlar və maraqlı futbol göstərəcək. Mən yaxşı oyunlar gözləyirəm və “Qarabağ” bu qrupda qalib də gələ bilər.

– “Qarabağ”ın əvvəlki oyunlarını izləmisinizmi? Onların təsnifat mərhələsindəki çıxışları barədə fikriniz necədir?

– “Qarabağ” həmin oyunların hamısında çox yaxşı oynadı. Xüsusilə də Macarıstanda “Ferentsvaroş”a qarşı pley-off mərhələsində keçirilən səfər oyununda çox yaxşı təsir bağışladılar. Mən onların təşkilatçılığını, konsentrasiyasını və oyundakı keyfiyyətini çox bəyəndim. Həqiqətən də super idi.

İdman.biz

Seçilən
27
1
idman.biz

2Mənbələr