AZ

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Balakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Tülü kəndində baş verib.
1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.
Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.
Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında beş gün müddətinə inzibati həbs cəzası alıb.
Seçilən
6
oxu.az

1Mənbələr