AZ

Tramp: Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram

BAKI, 13 sentyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansının bütün üzvlərinin birgə hərəkət edərək ondan neft almasını dayandıracağı təqdirdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin rəhbəri özünün sosial media (Truth Social) hesabında yazıb.

"Bütün NATO ölkələri razılaşarsa və birlikdə hərəkət edərsə və bütün NATO ölkələri Rusiyadan neft almağı dayandırarsa, mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram",- deyə, o qeyd edib.

Tramp bunubütün NATO ölkələrinə və dünyaya mesaj adlandırıb.

Seçilən
21
teleqraf.com

1Mənbələr