AZ

Şahzadə Harri Rusiyanın Kiyevdəki hücumu yerinə baş çəkdi

Britaniya şahzadəsi Harri Kiyevə səfəri zamanı Rusiyanın hücumu yerinə baş çəkib.

İki sahil” xəbər verir ki, bu barədə “Ukrinform” Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

"Bu gün bizə Böyük Britaniya şahzadəsi, Sasseks hersoqu Harri də qoşuldu. Mənim hörmətli qonağımıza Rusiyanın hücumlarından birinin yerini göstərmək imkanım oldu", - Tkaçenko teleqramda yazıb.

Tkaçenko qeyd edib ki, ilin əvvəlindən Rusiya qüvvələri 12-si uşaq olmaqla 137 Kiyev sakinini qətlə yetirib. 46-sı uşaq olmaqla 700-dən çox insan xəsarət alıb.

O, beynəlxalq tərəfdaşların ukraynalıların əzablarına diqqət yetirməsinin vacibliyini vurğulayıb: "Bizimlə yan-yana dayanan, kədərimizi bölüşən Ukraynanın tərəfdaşları və dostlarıdır. Biz şahzadə Harriyə ağrılarımıza göstərdiyi diqqətə və səmimi mərhəmətinə görə minnətdarıq. Mən şəxsən Ukraynanı dəstəkləyən hər sözə, uşaqlarımıza və yaralılarımıza kömək etmək üçün atılan real addımlara görə minnətdaram".

Qeyd edək ki, sentyabrın 12-də şahzadə Harri Ukrayna hökumətinin dəvəti ilə Kiyevə gedib. O, İkinci Dünya Müharibəsi Milli Ukrayna Tarixi Muzeyini gəzib, ukraynalı veteranlarla görüşüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
7
ikisahil.az

1Mənbələr