AZ

Dünya Qadın Seriyasının final mərhələsində oyunlar dayandıırılıb - SƏBƏB

Bu gün Şanxayda start götürən basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinin növbəti oyunları müvəqqəti olaraq dayandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, buna səbəb Şanxayda başlayan güclü yağışdır. Oyunların başlama vaxtı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, komandamız B qrupundakı ilk görüşündə Kanadaya uduzub. Basketbolçularımız növbəti qarşılaşmada Niderlandın U-25 millisinə qalib gəlib. Yığmamız Rumıniyanın “Rapid” klubu ilə də üz-üzə gələcək. Matçın saat 16:45-də keçiriləcəyi planladırılmışdı.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr