AZ

Formula-1-də sprint yarışlarının sayı 10-a qədər arta bilər

Formula-1 rəhbərliyi 2027-ci mövsümdən etibarən sprint yarışlarının sayını indiki 6-dan 10-a qədər artırmağı nəzərdən keçirir.

90deqiqe.Az-ın "Motorsport"a istinadən məlumatına görə, belə addım Qran Pri promouterlərinə olan marağın artması fonunda müzakirə edilir.

Sprint yarışları ilk dəfə 2021-ci ildə Formula-1 təqvimində tətbiq olunub və məqsəd yarış həftəsonlarını daha dinamik etmək olub. İlk illərdə hər mövsümdə 3 sprint, 2023-cü ildən etibarən isə 6 sprint təşkil olunub. Hazırda yalnız çempionatın 24 mərhələsinin təxminən dörddə biri sprint yarışları keçirmək hüququna malikdir.

Formula-1-in sabiq rəhbəri Stefano Domenicali əvvəllər sprint yarışlarının sayının artırıla biləcəyini istisna etməyib. O, həmçinin tərs start sıralaması və bazar günü yarışlarının məsafəsinin azaldılması kimi variantlardan danışsa da, bu ideyalar hələlik reallığa çevrilməyib.

Seçilən
29
90deqiqe.az

1Mənbələr