AZ

Türkiyənin xarici işlər naziri Qətərə səfər edəcək

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Xarici İşlər naziri Hakan Fidan 15 sentyabrda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası Xüsusi Zirvəsinə hazırlıq məqsədilə yarın Qətərin paytaxtı Dohada keçiriləcək Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək

TurkicWorld xəbər verir ki, toplantıda zirvədə təqdim olunacaq qərar layihəsi müzakirəyə çıxarılacaq.

Fidanın çıxışında Türkiyənin İsrailin hücumlarına qarşı Qətərlə həmrəylik nümayiş etdirəcəyi, İsrailin yalnız sülh səylərini deyil, həmçinin Qətərin ərazi bütövlüyünü hədəfə aldığına diqqət çəkəcəyi gözlənilir.

Nazirin həmçinin İsrailin iki dövlətli həll imkanlarını ortadan qaldırmaq və qonşu bölgələrdə mövcud vəziyyətdən siyasi məqsədlər üçün sui-istifadə etməyə çalışdığını vurğulaması, regional ölkələrin və məsuliyyətli qlobal güclərin birgə hərəkət edərək İsrailə qarşı güclü reaksiya vermələrinin vacibliyini qeyd etməsi gözlənilir.

Qeyd edək ki, İƏT 1969-cu ildə, Məşəd-i Əksa hadisəsinə cavab olaraq Rabatda yaradılıb və hazırda 57 üzvü ilə dünyadakı müsəlmanları təmsil edən ən böyük hökumətlərarası siyasi təşkilatdır.

Seçilən
2
turkic.world

1Mənbələr