AZ

61 yaşında kassadan pul oğurladı - 160 saatlıq cəzalandırıldı

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 27 ünvanında yerləşən mağazanın kassasından pul oğurlayan 61 yaşlı şəxsə hökm oxunub. 

Ölkə.Az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1964-cü ildə Tərtərdə anadan olmuş F.Ə. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş açılıb və məhkəmədə baxılıb. 

Məlum olub ki, 61 yaşlı F.Ə. kassirin müştərilərə başının qarışmasından istifadə edərək kassadan 90 manat məbləğində pul oğurlayıb. 

Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, əməlindən çox peşman olub. Maddi vəziyyəti ağır olduğu, dərman almağa pulu olmadığı üçün bu əmələ əl atıb. O qeyd edib ki, hazırda dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Ancaq gələcəkdə ödəməyə çalışacaq. 

Məkəmənin qərarı ilə F.Ə. barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunub.

Seçilən
16
5
olke.az

6Mənbələr