AZ

“Siz mənim vaxtımı, enerjimi alırsınız, pulu israf edirsiniz”-Trampdan NATO üzvlərinə sərt mesaj

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin yekdilliklə Rusiyadan neft alışını dayandıracağı təqdirdə, Moskvaya sanskiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

AzPost bildirir ki, Tramp bu barədə özünün “Truth Social” hesabındakı paylaşımında yazıb.

“NATO ölkələrindən bəzilərinin Rusiyadan neft alması şokedicidir. Bu bizim danışıqlar prosesindəki mövqeyimizi çox zəiflədir. Siz hazır olanda, mən də hazır olacam. Mən inanıram ki, NATO-nun Çinə qarşı 50%-dən 100%-ə qədər tarif vergisi tətbiq etməsi bu ölümcül, lakin absurd müharibənin bitməsinə böyük kömək göstərəcək.

Çinin Rusiya üzərində güclü nəzarəti var və Çinə qarşı tariflər bu nəzarəti qıracaq. Bu, Trampın müharibəsi deyil. Bu, Zelenski və Baydenin müharibəsidir. Mən sadəcə bunu bitirmək istəyirəm. NATO dediyim kimi etsə, müharibə tez bitəcək. Əgər bu baş verməsə, siz sadəcə mənim vaxtımı, enerjimi, və Amerikanın pulunu israf edirsiniz”, – Tramp qeyd edib

AzPost.az

Seçilən
30
12
azpost.info

10Mənbələr