AZ

Avroviziyada siyasi qalmaqal: İsrail iştirak etsə, boykot dalğası genişlənəcək

Avroviziyada

Niderlandda “Avroviziya-2026” müsabiqəsinin boykot edilə biləcəyi istisna olunmur. Şərt isə İsrailin yarışda iştirakıdır. Bu barədə ölkənin ictimai yayım şirkəti AVROTROS məlumat yayıb.Bəyanatda qeyd olunur:“Qəzza zolağında davam edən və ağır insan itkiləri fonunda AVROTROS artıq İsrailin iştirakını əsaslandıra bilmir.”Şirkət həmçinin “Avroviziya-2025”də İsrail hökumətinin müdaxiləsi və “mətbuat azadlığının ciddi məhdudlaşdırılması”ndan narahatlığını bildirib. AVROTROS-un sözlərinə görə, müsabiqə siyasi alətə çevrilib.Niderlanddan öncə İspaniyanın mədəniyyət naziri Ernest Urtasun bəyan etmişdi ki, əgər İsrail yenidən iştirakçı olsa, Madrid yarışdan çəkilə bilər.İspaniyanı İrlandiyanın ictimai yayım şirkəti RTE dəstəkləyib və İsrailin iştirakını “Qəzzadakı dəhşətli itkilər fonunda utanmaz addım” adlandırıb. BBC-nin məlumatına görə, Sloveniyanın da boykot qərarına yaxın olduğu bildirilir.Ulusum.az

Diqqət Çəkənlər

Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?

Qəfil səfər: Harri Ukraynada bərpa planları ilə

Fransada Makrona qarşı impiçment təşəbbüsü: 104 deputat imzaladı

Seçilən
27
ulusum.az

1Mənbələr