AZ

"Togg"un yeni modeli Ərdoğana təqdim olundu - FOTO

BAKI, 13 sentyabr. TELEQRAF

Türkiyənin ilk yerli elektrikli avtomobili "Togg"un yeni satışa çıxarılan "T10F" modeli Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Teleqraf xəbər verir ki, avtomobil "Togg" İdarə Heyətinin üzvləri tərəfindən Ərdoğana İstanbulun Dolmabağça İş Ofisində təqdim olunub.

Prezident Ərdoğan avtomobili test sürüşünə çıxarıb və modelin texniki xüsusiyyətləri barədə ətraflı məlumat alıb.

Qeyd edək ki, "T10F" üçün sifarişlərin qəbulu sentyabrın 15-dən Türkiyədə, sentyabrın 29-dan isə Almaniyada başlayacaq.

Seçilən
23
2
teleqraf.com

2Mənbələr