AZ

Kassadan pul oğurladı, 160 saatlıq cəzalandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 27 ünvanında yerləşən mağazanın kassasından pul oğurlayan 61 yaşlı şəxsə hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1964-cü ildə Tərtərdə anadan olmuş F.Ə. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş açılıb və məhkəmədə baxılıb.
Məlum olub ki, F.Ə. kassirin başının müştərilərə qarışmasından istifadə edərək kassadan 90 manat məbləğində pul oğurlayıb.
Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, əməlindən çox peşman olub. Maddi vəziyyəti ağır olduğu, dərman almağa pulu olmadığı üçün bu əmələ əl atıb. O qeyd edib ki, hazırda dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Ancaq gələcəkdə ödəməyə çalışacaq.
Məhkəmənin qərarı ilə F.Ə. barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunub.
Seçilən
19
5
oxu.az

6Mənbələr