"Başakşəhər" klubunun yeni baş məşqçisi məlum olub.

Offsideplus.az xəbər verir ki, "boz bayquşlar"ı Nuri Şahin çalışdıracaq. 

İstanbul təmsilçisi bu barədə rəsmi sosial media hesabından məlumat yayıb.

N. Şahin bu postda Çağdaş Atanı əvəz edib.

O, son olaraq Dortmund "Borussiya"sına başçılıq etmişdi.

Qeyd edək ki, "Başakşəhər" bu gün səfərdə "Beşiktaş"la qarşılaşacaq. "Qara qartal"da da ötən həftələrdə məşqçi dəyişikliyi baş vermişdi. Ole Qunnar Sulşerin yerinə Sergen Yalçın gəlmişdi.