AZ

Nizamidə şəhid və qazi övladları üçün tədbir Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün yeni tədris ilinin başlanması – Bilik Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə yeni tədris ili münasibətilə şəhid və qazilərin məktəbli övladlarını, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edib.

RİH başçısı onlara sağlam vətənpərvərlik ruhunda böyüməyi, biliklərə yiyələnməyi tövsiyə edib, təhsildə uğurlar arzulayıb, həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və onların övladlarına göstərilən diqqət və qayğıdan söhbət açıb.

Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin ailələrinə, eləcə də onların övladlarına göstərilən yüksək diqqət və qayğı daim dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, dəstək mexanizmləri və xüsusi layihələr onların rifahının təmin olunmasına, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Şəhid ailələri və qazilər onların övladlarına göstərilən böyük diqqət və qayğıya görə dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub. Sonda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
qafqazinfo.az

10Mənbələr