AZ

Bu hava limanları müvəqqəti olaraq bağlandı

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samara və Saratov hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Samara və Saratov hava limanlarında uçuşların qəbul və göndərişi üzrə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Agentliyin rəsmi nümayəndəsi Artem Korenyako açıqlamasında məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edildiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Yaroslavl və Volqoqrad, eləcə də 10 sentyabrda Gelendjik hava limanlarında da müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdu.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
news.milli.az

3Mənbələr