AZ

Kamçatkanın şərq sahilində sunami təhlükəsi elan edilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Moskva, 13 sentyabr, AZƏRTAC

Kamçatkanın şərq sahilində güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Bu barədə vilayətin qubernatoru Vladimir Solodov bildirib.

AZƏRTAC xəbər verir ki, Kuril adalarında belə təhlükə barədə “Yujno-Saxalinsk” seysmik stansiyası da məlumat verib. Bu arada, ABŞ Milli Okean və Atmosfer İdarəsi yeraltı təkanların Rixter cədvəli üzrə 7,5 bal gücündə olduğunu bildirir və həmçinin sunami xəbərdarlığı edir.

Seysmoloqlar Sakit okeanda, Kamçatkanın şərq sahilində 6,3 bal gücündə zəlzələ qeydə alıblar. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsindən bildirilib ki, yeraltı təkanlar yarımadanın məskunlaşma olan ərazilərində hiss olunub.

Eyni zamanda, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu zəlzələnin 7,7 bal gücündə olduğunu bildirir. Petropavlovsk-Kamçatski sakinləri zəlzələdən açıq şəkildə təşvişə düşüblər: insanlar tələsik evlərindən, ofislərindən və ticarət mərkəzlərindən küçələrə çıxıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
azertag.az

2Mənbələr