ain.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən “Tea House”da Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (GASU) ilk rəsmi görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan, GASU-nun üzvləri olan tələbələr, tələbə adını yeni qazanmış gənclər iştirak ediblər.
Əvvəlcə üzvlərə GASU-nun üzvlük kartları təqdim edilib.
Sonra GASU-nun rəhbəri Aytəkin Allahverdiyeva “Erasmus+” proqramının tələbə mübadiləsi proqramı haqqında ətraflı məlumat verib.
Üzvlərdən Emil Allahverdiyev elan olunmuş gənclər layihələri, Arzu Əliyeva isə düzgün CV yazmaq üzrə qaydaları barədə məlumat veriblər.
Tədbirin yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb, gələcək fəaliyyət istiqamətləri və layihələr barədə fikir mübadiləsi aparılıb.
Tələbə və gənclər, eləcə də valideynlər GASU-nun təsis olunmasını yüksək qiymətləndiriblər.
Bildirilib ki, əsas məqsədi tələbə və gənclərin təhsilə marağını artırmaq, tələbələrin müxtəlif təhsil proqramları ilə bağlı məlumatlandırılması olan bu təşkilat, eyni zamanda gənclərimizin təşkilatlanması və inteqrasiyası sahəsində də mühüm işlər görə bilər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.