GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Türkiyənin “Show TV” kanalında yayımlanan və ölkəmizdə də geniş izləyici kütləsinə sahib olan populyar türk serialı “Kızılcık Şerbeti”nin 104-cü bölümü tamaşaçılara gözlənilməz anlar yaşadıb. Seriala yeni daxil olan Asil adlı obrazın səhnəsi izləyicilərin xüsusi marağına səbəb olub.
Globalinfo.az xəbər verir ki, Asil Azərbaycan xalq musiqisinin incilərindən sayılan “Ay Saçı Burma” mahnısının sədaları altında rəqs edib.
Qeyd edək ki, Asil obrazını tanınmış aktyor Erkan Avcı canlandırır. O, əvvəllər bir sıra məşhur serial və filmlərdəki uğurlu rolları ilə tamaşaçı sevgisi qazanıb. Onun “Kızılcık Şerbeti”ndə yaratdığı yeni obraz isə artıq diqqət mərkəzinə düşüb.
Azərbaycan mədəniyyətinə aid olan bu gözlənilməz məqam həm Türkiyədə, həm də Azərbaycanda sosial şəbəkələrdə maraqla qarşılanıb.
Məlumata görə, serialın yaradıcı heyəti bu dəfə daha çox regional mədəniyyətlərə diqqət yetirməyə çalışıb. Azərbaycan musiqisinin ekran əsərində səslənməsi isə bir tərəfdən tamaşaçıya rəng qatıb, digər tərəfdən isə mədəni müxtəlifliyin əhəmiyyətinə işarə edib.
Turan Rzayev
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.