AZ

Tramp NATO ya qəzəbləndi: Rusiyadan alışı dayandırın!

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti NATO ölkələrinə müracət edərək bütün üzvləri Rusiyadan neft idxalını dayandırmağa çağırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp Alyans ölkələrinin Rusiyadan enerji idxalını dayandırmalı olduğunu deyib:

“Yalnız bütün NATO ölkələri neft alışını dayandırdıqda, eyni addımı atdıqda mən Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazıram. Rusiyadan neft almaq danışıqlar prosesində sizin onun üzərindəki mövqeyinizi və təsir gücünüzü zəiflədir. Mən yalnız müharibənin qarşısını almaq, minlərlə rusu və ukraynalını xilas etmək üçün buradayam. Əgər NATO üzvləri dediyimi etsə, müharibə tez bitəcək və minlərlə həyat qurtarılacaq. Əks halda, siz mənim və ABŞ-ın vaxtını, pulunu boşa xərcləmiş olursuz”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr