AZ

“Qarabağ”ın qapıçısı mükəmməl oynadı” Ruan Renato

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Hər kəs bilir ki, “Qarabağ”a qarşı oyunlar çox gərgin məcrada keçir. Fərqi yoxdur evdə oynayırsan, yaxud səfərdə. Budəfəki matç da istisna olmadı”.

QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının 4-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyun (1:1) barədə danışarkən deyib.

O, qələbəni əldən verməklərinə baxmayaraq, yaxşı çıxış etdiklərini bildirib: “Meydanda çox yaxşı iş gördük. Xüsusən də müdafiə planında. Hesabda geri düşdükdən sonra “Qarabağ”ın topa nəzarət etməsi normal haldır. Xüsusən də ikinci hissədə rəqib çox hücum edirdi. Buna baxmayaraq, dözdük. Hesabı açmışdıq, ikinci qolu da vurmaq istəyirdik. Bunun üçün şanslarımız da var idi. Təəssüf ki, onlardan faydalana bilmədik. Ümumilikdə, qazanılan 1 xalı yaxşı nəticə kimi dəyərləndirirəm”.

Braziliyalı futbolçu “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin oyununu xüsusi qeyd edib: “90 dəqiqə ərzində kifayət qədər qol vəziyyətləri yaratdıq. İkinci qolu vursaydıq, komanda daha rahat oynaya bilərdi. Müdafiədə yaxşı çıxış etdik. Lakin hücumda da passiv olduğumuzu deməzdim. Cəhdlərimiz oldu. Futbolda belə hallar olur. Rəqib qapıçının oyununu da vurğulayardım. “Qarabağ”ın qolkiperi mükəmməl oyun keçirdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
qol.az

3Mənbələr