AZ

Rəsədxanada olimpiadaçılarla görüş keçirilib

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabr ayının 12-də Azərbaycan Respublikası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) ölkəmizi uğurla təmsil edən məktəblilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilov gənclərin beynəlxalq miqyasda qazandığı uğurları yüksək qiymətləndirərək onları təbrik edib. O, Azərbaycan məktəblilərinin astronomiya və astrofizika sahəsində belə nüfuzlu yarışlarda mükafat qazanmasının ölkəmizdə elmin inkişafına, xüsusilə də gənclərin elmə marağının artmasına mühüm töhfə verdiyini bildirib. Namiq Cəlilov gələcəkdə də istedadlı şagirdlərin elmi potensialının dəstəklənəcəyini və bu kimi uğurların davamlı olması üçün Rəsədxananın öz imkanları çərçivəsində hər zaman onların yanlarında olacağını vurğulayıb.

Rəsədxananın əməkdaşlarının təbrik çıxışları fonunda davam edən tədbirin yekununda olimpiada iştirakçılarına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən diplomlar və "Əli və Nino" Kitab Evindən xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Azərbaycan olimpiadaçıları IOAA 2025-də 2 bürünc medal və 2 Fəxri Diplom qazanıblar. Olimpiadaya hazırlıq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Bakı Dövlət Universitetinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Tusi-Bohm Planetariumunun dəstəyi ilə təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr