Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Avropa çempionatında yarımfinal oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, B Liqasında mübarizə aparan yığmamız Rumıniya ilə üz-üzə gəlib.
Qarşılaşma rumınların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi 3-cü yer uğrunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.
Görüş sentyabrın 14-da baş tutacaq.
Qeyd edək ki, komanda daha əvvəl A qrupunda Belçikanı (5:4) məğlub edib, Litvaya (1:2) uduzub.