AZ

Şaraa: "Suriya torpaqlarının bir zərrəsindən belə...”

“Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək. Hər kəsin hüquqları dövlətin qanunları və konstitusiyasına uyğun olaraq qorunacaq".

"Cebheinfo.az" xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa deyib.

Əhməd əş-Şaraa Suriya Demokratik Qüvvələrin (SDQ) lideri Mazlum Abdi ilə 10 martda imzaladıqları razılaşmanın əvvəlcə yaxşı getdiyini, lakin sonradan ləngimələrin baş verdiyini deyib:

“SDQ ilə danışıqlar yaxşı gedirdi, lakin razılaşmanın icrasında müəyyən ləngimə və ya maneələrin olduğu görünür. Suriyanın şimal-şərq bölgəsində ərəb əhalisinin nisbəti 70 %-dən çoxdur”.

Dürzi əhalisinin sıx yaşadığı Suriyanın cənubundakı Süveyda bölgəsinin və SDQ-nin idarə etdiyi Rojava bölgəsinin maraqlarının Dəməşqlə üst-üstə düşdüyünü iddia edən Şaraa, “Bu, Suriyanın yaralarını sağaltmaq və yeni bir dövrə başlamaq üçün fürsət yaradır” deyib.

Həm Dürzilər, həm də SDQ rəhbərliyi mərkəzdən uzaq idarəetmə tələblərini dilə gətirərkən, Şaraa isə “Nəticədə Suriya torpağının bir zərrəsindən belə imtina etməyəcək. Bütün Suriya torpaqları qorunmalı və ölkə birləşməlidir” fikrini səsləndirib.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr