AZ

ABŞ Çinin Filippin yaxınlığındakı mübahisəli rifdə qoruq yaratmaq planını rədd etdi

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Amerika Birləşmiş Ştatları Filippini dəstəkləyərək Cənubi-Çin dənizindəki Skarboro rifində milli təbiət qoruğu yaratmaq barədə Çinin planını "sabitliyi pozan” təşəbbüs adlandırıb.

Qaynarinfo bu barədə "Bloomberg”ə istinadla xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio cümə günü bildirib ki, Pekinin addımları "Çinin qonşularının hesabına Cənubi-Çin dənizində həddindən artıq ərazi və dəniz iddialarını irəli sürmək üçün daha bir məcburedici cəhddir”. Onun sözlərinə görə, bu addımlar "regionun sabitliyini sarsıtmaqda davam edir”.

Filippin hökuməti həmin gün rəsmi diplomatik etiraz təqdim edib. Xarici işlər nazirliyinin nümayəndəsi Anxelika Eskalona bunun "Filippinin Çinin hərəkətlərinə qarşı qəti və birmənalı etirazı” olduğunu bildirib.

Pekin bu qərarı Çin Dövlət Şurası vasitəsilə qəbul edib. Şura Təbiət Resursları Nazirliyinin Skarboro rifində (Çin bu ərazini Xuanyan adası adlandırır) milli qoruq yaradılması barədə təklifini təsdiqləyib. Bu rifə Filippin də iddia edir.

Çin 2016-cı ildə beynəlxalq tribunalın onların iddialarını qanunsuz elan etməsinə baxmayaraq, Cənubi-Çin dənizindəki resurslara olan iddialarını davam etdirir. Rubio vurğulayıb ki, ABŞ Çini bu qərara hörmət etməyə və Skarboro rifində filippinli balıqçılara mane olmaqdan çəkinməyə çağırır.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr