AZ

Məşhur influenserin toyuna atası gələ bilmir...

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İnfluenser Nəcibə Əhmədinin (Nadjiba) atası toyuna gələ bilmir.

Bakupost.az xəbər verir ki, bu barədə Nəcibə özü məlumat yayıb.

O, İran vətəndaşı olan atasının Azərbaycana gəlişinin hələlik mümkün olmadığını bildirib:

“Ən son sadəcə toya gələ bilsin deyə dövlətə müraciət etdim, 1 günlük belə olsa, icazə istədim. Cavab ala bilmədik, cavab ala bilmirik. Deyilənə görə, bu problem illər çəkə bilər. İlk dəfədir çarəsizlik hissini yaşayıram”.

Qeyd edək ki, Nəcibə bir neçə ay öncə İtaliyada nişanlısı Qədirlə nikah bağlayıb. Onlar Bakıdakı toy üçün hazırlıqlara başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
5
www.bakupost.az

6Mənbələr