AZ

Tramp şərtini açıqladı: Rusiya bunu etsə...

Tramp NATO ölkələrinin onun ardınca addımlar atacağı və Rusiyadan neft almağı dayandıracağı təqdirdə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

News24.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bütün NATO ölkələri razılaşdıqda və eyni şeyi etməyə başlayanda, bütün NATO ölkələri Rusiyadan neft almağı dayandıranda mən də Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olacağam. Bildiyiniz kimi, NATO-nun qələbə öhdəliyi 100 %-dən çox az idi, bəzilərinin Rusiyadan neft alması isə şok idi. Bu, danışıqlardakı mövqeyinizi və gücünüzü əhəmiyyətli dərəcədə zəiflədir", -  Amerika liderinin NATO ölkələrinə və bütün dünyaya ünvanladığı məktubda deyilir.

"Hər bir halda, siz hazır olanda mən "başlamağa" hazıram. Sadəcə deyin - nə vaxt?", - ABŞ Prezidenti yazıb.

Seçilən
67
4
news24.az

5Mənbələr