Bu gün İranın Fars əyalətinin Kazerun rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədəTehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 16:07-də baş verən zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.
Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.