AZ

Makron Ukraynadakı münaqişədə NATO nu günahlandırıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru professor Cefri Saks bildirib ki, Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişəyə görə NATO-nun məsuliyyət daşıdığını etiraf edir.

Bizimyol.info xəbər verir ki, o, bunu Romada keçirilən “Il Fatto quotidiano” qəzet festivalında Ukraynaya həsr olunmuş söhbət zamanı videobağlantı vasitəsilə çıxışında deyib.

“Makron mənə Fəxri Legion ordeni təqdim etdi və heç vaxt açıq şəkildə demədiyini dedi: bu müharibə NATO-nun günahıdır. Mən istəyirəm ki, biləsiniz, çünki bu, mənim üçün xoşagəlməzdir”, - deyə professor Fransa prezidentinin sözlərini bildirib. Lakin o, bu söhbətin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.

Saks özü də çoxdandır ki, ictimai çıxışlarında və müsahibələrində dəfələrlə ifadə etdiyi oxşar mövqeydədir.

O, “Il Fatto quotidiano” festivalındakı çıxışında qeyd edib ki, Avropa rusofobiyadan və döyüşkən planlardan əl çəksə, Kiyevin “NATO-dan kənarda və ərazilərdən imtina etməklə” neytral statusunu dəstəkləsə, Ukraynada sülh əldə oluna bilər.

Fransa prezidenti Böyük Britaniyanın baş naziri Key Starmerlə birlikdə Ukraynada atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, eləcə də təhlükəsizliyi təmin etmək üçün Ukraynaya hərbi kontingentlərin göndərilməsini nəzərdə tutan “istəklilərin koalisiyası” təşəbbüsünü irəli sürür. Bütün Avropa ölkələri öz ordusunu təmin etməyə razı deyil.

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərək, NATO qüvvələrinin Ukraynada peyda olacağı təqdirdə Rusiya ordusu üçün qanuni hədəf olacağını vurğulayıb. O, həmçinin qeyd edib ki, uzunmüddətli sülh razılaşmaları əldə edildikdən sonra Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə ehtiyac qalmayacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
bizimyol.info

1Mənbələr