AZ

Azərbaycanda intensiv yağışlar sel təhlükəsini artırıb

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda sentyabrın 13-də səhər saatlarından başlayaraq yağıntılı hava davam edir, bəzi rayonlarda leysan xarakterli güclü yağışlar müşahidə olunur. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumatına görə, yağıntının miqdarı Zaqatalada (Əlibəy) 49 mm, Astarada 26 mm, Yevlaxda 22 mm, Qaxda 18 mm, Şabranda 17 mm, Şəkidə 14 mm, Lənkəranda 13 mm, İsmayıllıda 9 mm, Qusarda 8 mm, Mingəçevirdə 7 mm, Qubada 6 mm, digər rayonlarda və Abşeron yarımadasında 5 mm-ə qədər olub.

Güclü yağışlar nəticəsində Balakən rayonu ərazisindən Balakənçay, Zaqatala rayonundan isə Talaçay üzərində sel hadisələri baş verib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24°C, dağlıq rayonlarda 17°C, Aran və Naxçıvan MR-da isə 28°C-dək yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sia.az

2Mənbələr