AZ

“Supermen” zədələndi, çəkiliş təxirə düşdü

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Supermen” filminin ulduzu, britaniyalı aktyor Henri Kevill "Amazon MGM Studios” və "United Artists” tərəfindən çəkilən "Highlander” ("Qorxmaz”) filminin yenidən ekranlaşdırılmasına hazırlıq zamanı məşqdə zədə alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Deadline” məlumat yayıb. Aldığı zədə səbəbilə filmin çəkilişi ən azı gələn ilin əvvəlinə qədər təxirə salınıb.

Filmin rejissoru Çad Staxelski, ssenari müəllifi isə Maykl Finçdir.

Kevill ilə yanaşı filmdə Rassel Krou, Marisa Abela, Karen Gillan, Cimon Hounsou, Deyv Bautista və Max Zhang da rol alacaq.

Qeyd edək ki, ilk "Highlander” filmi 1986-cı ildə ekranlara çıxmış və əsrlər boyunca mübarizə aparan ölümsüz döyüşçülər haqqında kult filmə çevrilmişdi. Yenidən ekranlaşdırılan versiyanın 2026-cı ildə nümayişi planlaşdırılır.

///Axşam.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
4
azxeber.com

5Mənbələr