İngiltərə Premyer Liqasında 4-cü tura start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Arsenal" "Nottingem Forest"i qəbul edib. "Topçular" çətin çəkmədən qələbə qazanıb - 3:0.

London təmsilçisinə qələbə gətirən qolları yeni transferlər vurub. Martin Subimendi dubl edib, Viktor Dyökereş isə 2-ci qolun müəllifi olub.