AZ

Türkiyənin vitse prezidenti ölkədə dezinflyasiya prosesinin sürətləndirildiyini bildirib

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Xarici ticarətdəki müsbət tendensiya Türkiyənin xarici borclanma ehtiyacını azaldır ki, bu da ölkədə dezinflyasiya prosesini sürətləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın sosial şəbəkələrdəki paylaşımında deyilir.

Siyasətçi 2025-ci ilin iyul ayının yekunlarına görə Türkiyənin ödəmə balansının cari hesabının profisitinin 1,77 milyard dollar təşkil etdiyi faktına diqqət çəkib ki, bu da “xidmət ixracının artımı və mal ixracının dünya ticarətindəki dəyişkənliyə davamlılığının nəticəsi oldu”.

C.Yılmaz Türkiyənin valyuta ehtiyatlarının artdığını da qeyd edərək əlavə edib ki, təkcə iyul ayında ehtiyatlarda xalis artım 18,6 milyard dollara çatıb.

Vitse-prezident ölkə iqtisadiyyatının bir sıra istiqamətlərinin prioritet olduğunu da qeyd edərək, bu il təkcə turizm sektorunun Türkiyəyə 64 milyard dollar qazanc gətirəcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
5
yeniazerbaycan.com

6Mənbələr