“Real”ın müdafiəçisi Antonio Rüdiger zədəsi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, bud nahiyəsindən aldığı zədəyə görə təxminən üç ay yaşıl meydanlardan kənarda qalacaq almaniyalı müdafiəçi sosial şəbəkədə paylaşım edib:
“Allah yolun asan olacağını vəd etmədi. O dedi: “Mən səbir edənlərin yanında olacağam”.