AZ

Xocalıya yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, Daşbulaq kəndinə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

16:12

"Böyük Qayıdış" Proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Moderator.az AZƏRTAC - a istinadən xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə (67 nəfər) köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu, Xocalının Daşbulaq kəndinə ilk köçdür.

Seçilən
23
3
moderator.az

10Mənbələr