AZ

Kobud qayda pozan yük maşını sürücüləri saxlanıldı DYP dən AÇIQLAMA VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Ford" markalı, 77-VD-114 dövlət qeydiyyat nişanlı evakuatorun və "MAN" markalı, 30-ZB-364 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yol hərəkəti qaydalarını pozması faktı aşkarlanıb. BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələri stasionar postlarda saxlanılaraq sürücüləri barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati məsuliyyət tədbirləri görülüb. Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərdən, xüsusilə yük və iri tonnajlı nəqliyyat vasitələrinin sahiblərindən yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi tələb edir və diqqətə çatdırır ki, yollarda təhlükə yaradan hər bir sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tənbeh tədbirləri görüləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
avtosfer.az

1Mənbələr